Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 18:52
21 yaşlı britaniyalı model uçurumun kənarında şəkil çəkdirmək istəyərkən yıxılaraq ölüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Avstraliyanın Sidney şəhərində baş verib. Medalin Devis orda dostları ilə əylənirmiş. Sübh vaxtı gənclər qayaya dırmaşıb. Model uçurumun kənarında doğan günəşin fonunda şəkil çəkdirmək istəyib. O, qayalığın lap kənarında əyləşib və qəfil yıxılıb.
Məlumata görə, "Instagram"da 20 mindən artıq izləyicisi olan məşhur model ötən il vizajist işini ataraq, dünya səyahətinə yollanıb. Avstraliyaya gedənə qədər Medalin alpinizmlə məşğul olub, Balidə istirahət edib.