Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlar bütün oyunçularımı almışdılar'' - Venger ''Siti''nin cəzası haqda

''Onlar bütün oyunçularımı almışdılar'' - Venger ''Siti''nin cəzası haqda

Tarix: 18 Fevral 2020 20:56

"Qaydalara hörmət etməyib, pozmağa çalışanlar cəzalandırılmalıdır. Bunun qəsdən edildiyi sübut olunarsa, cəzasız qoymaq olmaz".

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger "Mançester Siti"nin UEFA tərəfindən cəzalandırılmasına münasibət bildirərkən deyib. 70 yaşlı mütəxəssis "şəhərlilər"in transfer siyasətini tənqid edib:

"Mən "Arsenal"da işləyəndə onlar mənim bütün oyunçularımı almışdılar. İdmanın əsas prinsipi qaydalar çərçivəsində qalib gəlməkdir. Əgər belə deyilsə, deməli ortada olan həqiqi idman deyil. Mən həmişə qaydalara hörmət etmişəm və klubların təbii qazancı ilə işləmişəm".

Qeyd edək ki, "Mançester Siti" maliyyə feyr-pley qaydalarının pozulmasına görə UEFA tərəfindən cəzalandırılaraq 2 illik Çempionlar Liqasından kənarlaşdırılıb.

 


Etiketlər:  Onlar bütün oyunçularımı almışdılar Venger Sitinin cəzası haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ