Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmişə qaytaran ekransız telefon təqdim olundu

Keçmişə qaytaran ekransız telefon təqdim olundu

Tarix: 18 Fevral 2020 22:20

Disk mexanizmi ilə işləyən telefon təqdim olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-da köhnə telefondan yeni qacet düzəldilib.

Bu qəribə telefon ABŞ-dan olan mühəndis Castin Haupt tərəfindən icad edilib. Mühəndis disk mexanizmi ilə işləyən köhnə telefona ana plata və antenanı əlavə edərək tam işləyən cib telefonunu yaradıb.

Cihazın adi telefonlardan fərqli olaraq, rəngli ekran və idarəetmə menyusu yoxdur. Zəng edəcəyiniz nömrəni siferblatda yığmalı olacaqsınız. Gələn SMS-lər üçün yalnız son mesajı göstərən kiçik bir ekran yerləşdirilib. Telefon vasitəsilə mesajlara cavab vermək mümkün deyil, yalnız zəng etmək olar.

Milli.Az


Etiketlər:  Keçmişə qaytaran ekransız telefon təqdim olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ