Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstə arvadını atdı, yenidən evləndi - ''Qızım bəlkə də sağalacaqdı. Həyat yoldaşının o hərəkəti ölümünə səbəb oldu''

Xəstə arvadını atdı, yenidən evləndi - ''Qızım bəlkə də sağalacaqdı. Həyat yoldaşının o hərəkəti ölümünə səbəb oldu''

Tarix: 20 Fevral 2020 13:36

Azərbaycanda kişi xəstə olan arvadını atıb özünə toy etdi.

Sonxeber.net sonxeber.az-a istinadən xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən qadın bildirib.

O deyib ki, qızı vərəm xəstəliyindən əziyyət çəkirdi: "Qızımı alçaltmaq üçün qayınatası evi dezinfeksiya etdirdi. Mənim balam öləndə vəsiyyət etdi ki, oğlum atası ilə görüşsün. Səbinə xəstə olanda kürəkənim gedib başqası ilə evləndi. Qızım bəlkə də sağalacaqdı. Həyat yoldaşının o hərəkəti onun ölümünə səbəb oldu. Yusifə mən 5 yaşında doğum haqqında şəhadətnamə almışam. Qızıma el adəti ilə toy etdim. Lakin oğlan tərəfi 3 il onu nikaha salmadılar. Kürəkənim qızım xəstə olanda da onu üstümə atdı, gedib yenidən özünə toy çaldırdı. Qızımın qayınatası bu gün iki oğlunu da evdən qovub. Onların hər ikisi arvadlarının evində yaşayırlar".


Etiketlər:  Xəstə arvadını atdı yenidən evləndi Qızım bəlkə sağalacaqdı Həyat yoldaşının hərəkəti ölümünə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ