Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 23:52
Kiber təhlükəsizlik mütəxəssisləri ilk dəfə 2019-cu ildə aşkar edilən Ginp bankçılıq Troyan virusunun yeni versiyasını aşkar ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni versiyada SMS tətbiqinə saxta mətn mesajları əlavə etmək üçün qeyri-adi bir metod istifadə olunur.
Bu saxta mesajlar etibarlı xidmət təminatçılarını təqlid edir. İstifadəçilərə arzuolunmaz vəziyyətdə olduqlarını, məsələn hesablarının bağlanacağını bildirir. Bunun qarşısını almaq üçün müəyyən bir tətbiqin açılması tələb olunur. İstifadəçi istəniləni etdikdə Troyan "atı" addım atır, ödəniş kartı məlumatlarını və bank şifrələrini tələb edir. Əgər tələyə düşsəniz, bu məlumat kiber cinayətkarların əlinə keçə bilər.
Kaspersky təhlükəsizlik mütəxəssisi Alexander Eremin bildirib ki, Ginp sadə, lakin yüksək təsirli bir vasitədir: "Yeni xüsusiyyətlər qazanmaqda onun sürəti də narahatlıq doğurur. Bu yeni versiya hələlik İspaniyada görünsə də, əvvəlki təcrübəmizə əsasən istənilən vaxt fərqli ölkələrdə görünə biləcəyini düşünürük və Android istifadəçilərinə diqqətli olmağı tövsiyə edirik".
Kaspersky təhlükəsizlik məhsulları bu təhlükəni uğurla aşkarlaya və bloklaya bilər.
Ginp və digər bank troyanlarının tələsinə düşməmək üçün Kaspersky mütəxəssislərinin təklifləri belədir:
Tətbiqləri yalnız rəsmi Google Play Mağazasından yükləyin;
Tətbiqlərin sizdən tələbi barəsində diqqətli olun;
SMS-lərinizə daxil olmaq üçün icazə istənməməlidir;
Telefonunuzda antivirus proqramı quraşdırın.