Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 21:24
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, rəmzi heyətdə "Zalzburq"u 4:1 hesabıyla məğlub edən "Ayntraxt"dan 3 futbolçu yer alıb:
Qapıçı: Pau Lopes ("Roma");
Müdafiəçilər: Matias Olivera (Getafe), Dieqo Qodin ("İnter"), Sebastian Koates ("Sportinq"), Almami Ture ("Ayntraxt");
Yarımmüdafiəçilər: Yanis Haci ("Reyncers"), Ruben Neves ("Vulverhempton"), Daiçi Kamada ("Ayntraxt");
Hücumçular: Filip Kostiç ("Ayntraxt"), Lusiano Vietto ("Sportinq"), Dieqo Jota ("Vulverhempton").