Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 22:08
İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytaxt Tehranda vətəndaşlar təşvişə düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə "Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi" yaradılıb.
Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.