Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus oktyabra kimi yayılacaq - Rusiyanın proqnozu

Koronavirus oktyabra kimi yayılacaq - Rusiyanın proqnozu

Tarix: 21 Fevral 2020 22:29

Rusiya ölkədə koronavirusun ikinci dalğa ilə geniş yayılmasının bu ilin sentyabr-oktyabr ayında baş verəcəyini proqnozlaşdırır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Parazitologiya və transmissiv xəstəliklər üzrə kafedra direktoru məlumat verib.

O qeyd edib ki, yoluxmanın birinci dalğası azalır. Bu mövsüm dəyişikliyi ilə bağlıdır, çünki virus dekabr-aprel aylarında aktiv olur.

Əgər yaxın 2 həftədə Rusiyada infeksiyaya tutulmuş şəxslər aşkarlanmasa rahat nəfəs almaq olar.

Lakin yeni dalğa payızda qayıdacaq və onun necə olacağını indidən demək olmur.

COVİD 2019 virusunun öz-özünə səngiyib itməsi versiyası isə 50% özünü doğrulda bilər.

Panikaya gərək yoxdur, lakin sığortalanmaq üçün çox ciddi tədbirlər görmək lazımdır.

Son məlumata görə, Çin koronavirusundan ölənlərin sayı 2200 nəfəri keçib. 80 min insan xəstələnib.


Etiketlər:  Koronavirus oktyabra kimi yayılacaq Rusiyanın proqnozu


RƏYLƏR