Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 08:52
Çinin texnologiya nəhəngi və dünyanın ən böyük ikinci smartfon istehsalçısı Huawei, 24 fevralda İspaniyanın Barselona şəhərində bir virtual mətbuat konfransı təşkil edəcəyini açıqladı. Şenjen şəhərində yerləşən şirkət yeni qatlana bilən smartfonunu təqdim edə bilər.
GSMA qurumunun koronavirusu epidemiyasına görə Mobil Dünya Konqresi (MWC) 2020-ni ləğv etməsindən sonra, Barselonada tədbir təşkil edəcəyini açıqlayan ilk şirkət olan Huawei, mətbuat konfransında əvvəldən yazılmış bir açılış yayımlayacaq.
Bu tədbirdə yeni qatlana bilən smartfonunu təqdim edəcək. Keçən il bazara çıxardığı ilk qatlana bilən ekranlı modeli Mata X ilə hələ inkişaf mərhələsində olan Huawei, Samsung şirkətinin Galaxy Z Flip modelinə güclü cavab vermək istəyir.