Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 14:34
"Fənərbaxça" futbolçusu Adil Rami ilə yolları ayırıb.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami mövsümün əvvəlində "Fənərbaxça" ilə 1+1 illik müqavilə imzalamışdı. "Lill", "Valensiya", "Milan", "Marsel" və "Sevilya"da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.