Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada məhkəmə ''Tesla''ya meşə massivini kəsməyə icazə verdi

Almaniyada məhkəmə ''Tesla''ya meşə massivini kəsməyə icazə verdi

Tarix: 23 Fevral 2020 08:46

Almaniyanın Qrünhayd bölgəsində elektrik nəqliyyat vasitələri istehsalçısı "Tesla"nın meşə massivinin ağaclarını kəsməyə davam etməsinə icazə verilib. Berlin və Brandenburq Ali İnzibati Məhkəməsi, amerikan şirkətini "yaşıl riyakarlıqda" və vəhşi təbiətə zərər vurmaqda günahlandıran ekoloji təşkilatların şikayətini rədd edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropada ilk "Tesla" zavodunun inşası çərçivəsində 91 hektar meşənin kəsilməsi planlaşdırılır. Şirkət rəhbəri Elon Mask əmindir ki, nəticədə hamı yeni zavodun yaranmasından bəhrələnəcək. 2021-ci ilin yayından etibarən hər il Qrünhaydda 150 minə yaxın elektrik nəqliyyat vasitəsi yığılacaq.

Xristian-Demokratik İttifaqı, Sosial-Demokrat partiyasının üzvləri və Almaniyanın Federal İqtisadiyyat və Enerji naziri Peter Altmayerin bu məsələdə gələcəkdə 12 min alman üçün iş yerləri açılacağını əsas gətirərək Elon Maska dəstək olduqları bildirilir.

Milli.Az


Etiketlər:  Almaniyada məhkəmə Teslaya meşə massivini kəsməyə icazə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ