Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 08:16
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı haqqında məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin ekspertlər komitəsi artıq bu layihəni təqdir edib.
Tədqiqatçılar 2024-cü ildə Fobos peykinə zond göndərəcək və 2029-cu ildə onun səthindən götürülmüş nümunələr Yer kürəsinə çatdırılacaq. Onların sözlərinə görə, bu, dünyada ilk belə missiyadır.
Alimlər ümid edirlər ki, bu layihə Marsın peyklərinin yaranmasına və Günəş sistemi planetlərinin formalaşması prosesinə aydınlıq gətirəcək.