Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 10:42
Türkiyə Azərbaycanla yerüstü yükdaşımaları sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.
Sonxeber.net xəbər verir ki, Trend bu barədə "Resmi gazete"yə istinadən məlumat verir.
Qeyd olunur ki, tərəflər arasında saziş 2019-cu il dekabrın 6-da Bakıda imzalanıb.
Saziş yük daşımalarının həcminin artırılmasına yönəlib. 2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib:
"Digər ölkələrdən Türkiyə və Azərbaycan vasitəsilə tranzitlə il ərzində 2,5 min, Türkiyə limanlarından 300 daşıma həyata keçirilə bilər".