Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 16:16
Çinin ardından İranda da sürətlə yayılan yeni koronavirusun qarşısını almaq mümkün olmur.
Sonxeber.net-ın əldə etdiyi məlumata görə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçidə də koronavirus aşkar edilib.
Nazir müavinindən götürülən analizlərin cavabı pozitiv çıxıb.
Qeyd edək ki, son məlumatlara görə İranda koronavirusa yoluxanların sayı 70-ə çatıb. Xəstəlik səbəbi ilə dünyasını dəyişənlərin sayı isə 16 olub.
Təhməz Təkin