Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 07:36
Səudiyyə Ərəbistanı ölkə ərazisində yeni növ COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər tətbiq edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən bildiriblər.
Bildirilir ki, hökumət Ümrə ziyarəti məqsədi ilə gələn şəxslərin ölkəyə girişinin dayandırılması barədə qərar qəbul edib.
Bundan əlavə, yeni növ koronavirusun yayıldığı ölkələrdən Krallığın ərazisinə səfərlərə qadağa qoyulub. Hökumət həmçinin Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin vətəndaşlarına ölkəyə giriş-çıxışda pasport əvəzinə şəxsiyyət vəsiqəsinin istifadə edilməsinə də mhdudiyyətlər tətbiq edib.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanı digər ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının virusa qarşı mübarizə üzrə səylərini dəstəkləməyə hazırdır.