Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 08:32
Almaniya Konstitusiya Məhkəməsi evtanaziyanın tam qadağasını qanunsuz hesab etdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Cinayət Məcəlləsinin intihara kömək göstərilməsinə görə cəzalandırılmasını nəzərdə tutan maddəsi qüvvədən düşüb. Maddə beş il əvvəl qəbul edilib.
Konstitusiya Məhkəməsinin fikrincə, insanın baza hüquqları öz həyatını müstəqil və istədiyi kimi idarə etmək azadlığını nəzərdə tutur.
"Bu azadlıq evtanaziya etmək üçün digərlərindən kömək istəmək və bunun üçün təklif olunan qərarlardan istifadə etmək hüquqlarını da özündə saxlayır", - Almaniya KM-nin sədri Andreas Foskule deyib.