Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 14:26
Monqolustan Prezidenti Haltmaagiyn Battulqa Çinə səfər etdikdən sonra karantinə alınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, prezident və onun ailə üzvləri, eləcə də Xarici işlər naziri Damdingiyn Tsoqtbaatar iki həftə müddətində müşahidə altında saxlanılacaq.
Bütün bu müddət ərzində prezident və nazir Ulan-Batorun Bayanzurh rayonunda xəstəxanada olacaq.
Qeyd edək ki, H.Battulqa Çin səfərindən fevralın 27-də qayıdıb. Səfər zamanı o, Çinə koronavirusla mübarizəyə dəstək qismində 30 min qoyun hədiyyə edib.