Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 13:50
Dünən İctimai Televiziya "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının Samirə Əfəndi olduğunu açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi üçün hazırlanan klip və mahnı martın 10-dək açıqlanacaq.Hazırda təşkilat komitəsi iki mahnı arasında seçim aparır. Onlar ingilis dilində "Scars" və "Cleopatra"dır.
İddiaya görə, ballada janrında olan "Scars" Azərbaycanın "Eurovision -2012" mahnısı olan "When The Music Dies"i (ifaçı Səbinə Babayeva) xatırladır. Mahnının girişində ud ifasına yer verilib.
Digər orta tembli mahnı isə "Cleopatra"dır. Lakin musiqi prodüserlərinin "Scars" üzərində dayanacaqları qeyd olunub.