Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 14:26
Çin koronavirusla mübarizə məqsədilə İrana xüsusi qrup ezam edib.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, qrupun qarşısına qoyulan əsas məqsəd virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsində İran tərəfinə lazımi köməyi göstərməkdir.
Daha öncə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı zamanı Tehrana koronavirusla mübarizədə fəal dətək göstərilməsini təklif etmişdi. Van İ Pekin və Tehranın birgə səylər sayəsində qarşıya çıxan bu çətinliyin öhdəsindən gələ biləcəklərinə əminliyini vurğulamışdı.
İranda hazırda 400-ə yaxın şəxsin koronavirusa yoluxduğu, 34 nəfərin isə öldüyü bildirilir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.