Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 10:00
Bakı. Trend:
İtaliyalı futbol mütəxəssisi istefadan 4 aylıq sonra Çin millisinin baş məqçisi postunu tutub.
Trend-in məlumatına görə, bu barədə Çinin Futbol Assosiasiyası xəbər yayıb. Asossiasiyanın yaydığı məlumatda deyilir: "Əvvəllər Lippi bizim milliyə rəhbərlik edərkən oyunçularda pozitiv, mübariz ruh hiss olunurdu. Biz əminik ki, o və onun köməkçiləri bizim 2022-ci ildə Dünya Çempionatının seçmə mərhələsini keçmək arzumuzu reallaşdıracaq".
Qeyd edək ki, M.Lippi 2019-cu ilin yanvarında müqaviləsi bitdikdən sorna baş məşqçi postunu tərk etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin