Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 10:04
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb.
Trend-in məlumatına görə, o, bunu öz “Twitter” səhifəsində yazıb.
D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:
“Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar”.
Qeyd edək ki, Donald Tramp Reks Tillersonu ötən ilin martında dövlət katibi vəzifəsindən azad etmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin