Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis rəhbərliyi ilə hakim YAP Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb

Milli Məclis rəhbərliyi ilə hakim YAP Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb

Tarix: 24 May 2019 10:24

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb.

Trend-in məlumatına görə, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.

Görüşdə həmçinin, bir sıra dövlət qurumlarının, komitə və nazirliklərin rəsmi şəxsləri iştirak edirlər.

Hər üç vitse-spikerin müxtəlif məsələ və mövzular üzrə geniş məruzəsi nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milli Məclis rəhbərliyi ilə hakim Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ