Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stiven Siqal 330 min dollar cərimələndi

Stiven Siqal 330 min dollar cərimələndi

Tarix: 1 Mart 2020 10:56

ABŞ hökuməti aktyor-müğənni Stiven Siqalı "Bitcoin2Gen" kripto valyutasının reklamından əldə etdiyi gəlirləri haqda məlumatları ört-basdır etdiyi üçün 330 min dollar cərimə edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının saytında məlumat yerləşdirilib.

Komissiyanın məlumatına görə, Siqal 250 min dollar nağd pul alıb. Həmçinin "Bitcoiin2Gen"in səfiri olan və onun investisiyalarını sosial şəbəkələrdə reklam edən aktyor 750 min dollara yaxın əldə etdiyi gəliri gizlətmək istəyib.

Amerika Nəzarət Orqanı isə bu işlə məşğul olan hər kəsin investisiyaların reklamından əldə olunan bütün gəlirləri haqda ətraflı məlumat verməyə borclu olduqlarını bildirib.

Siqala eyni zamanda üç il müddətində qiymətli kağızlar və kripto valyuta reklamı ilə məşğul olmaq qadağan olunub.


Etiketlər:  Stiven Siqal dollar cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ