Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polanski mükafatını almağa gələ bilmədi

Polanski mükafatını almağa gələ bilmədi

Tarix: 1 Mart 2020 21:38

Roman Polanskinin "Zabit və Zasus" filmi ən yaxşı rejissura, adaptasiyaya və kostyumlara görə üç "Sezar" mükafatına layiq görülüb. Film ümumilikdə 12 kateqoriyada nominasiya olunub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Fransanın "Sezar" kino mükafatlarının təqdimatı Parisdə rejissor R.Pollanskinin ətrafında baş verən iğtişaşlar və qalmaqallar fonunda baş tutub. Rejissor mükafatlarını almalı oluğu mərasimdə iştirakdan imtina edib.

Xatırladaq ki, R.Polanski bir neçə qadın tərəfindən 13, 14 və 16 yaşında olduqları zaman təcavüzə uğramaqlarında günahlandırılır. Hüquq müdafiəçiləri ümumiyyətlə "Sezar" tədbirinin boykotuna çağırıblar.

86 yaşlı Roman Polanski Avropada, əsasən Fransada yaşayır və filmlər çəkir. O, ABŞ-dan 1978-ci ildə qaçıb və adı interpolun axtarış siyahılarında yerləşir. Lakin Fransa öz vətəndaşlarını başqa ölkələrə ekstradisiya etmir.


Etiketlər:  Polanski mükafatını almağa gələ bilmədi


RƏYLƏR