Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirin turizm məkanlarında Çinlə həmrəylik nümayiş etdirilib

Misirin turizm məkanlarında Çinlə həmrəylik nümayiş etdirilib

Tarix: 2 Mart 2020 22:56

Misirin ən böyük turizm məkanlarında koronavirusdan əziyyət çəkən Çin xalqı ilə həmrəylik nümayiş etdirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyinin göstərişi ilə üç gün müddətində Qahirə qalası, Luksordakı Karnak və Asuandakı Filae məbədləri Çinin dövlət bayrağının rənginə boyanıb.

Çin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Misirin Səhiyyə naziri Hala Zayed də Pekinə yola düşüb. Səfər zamanı Çinin mütəxəssisləri ilə koronavirusun qarşısının alınması və onun müalicə yolları ilə əlaqədar müzakirələr aparılacaq.


Etiketlər:  Misirin turizm məkanlarında Çinlə həmrəylik nümayiş etdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ