Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 08:44
Çinin "Huawei" texnologiya korporasiyası Barselonada keçirilmiş onlayn təqdimatda "5G" qoşulmasını dəstəkləyən "Mate XS" adlı qatlanan smartfonunu nümayiş etdirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, model "5G" şəbəkəsini dəstəkləyir. Bundan başqa, qurğu eyni zamanda iki proqramla işləməyə imkan verən "çoxpəncərəli rejimi" dəstəkləyəcək.
"Huawei" bir il bundan əvvəl "5G" texnologiyasını dəstəkləyən "Mate X" qatlanan smartfonunu elan etmişdi.
ABŞ administrasiyası "Huawei" şirkətini Çin kəşfiyyatı ilə əməkdaşlıqda və müştəriləri izləməkdə ittiham edir. ABŞ bir sıra ölkələri "5G" standartına keçid vaxtı "Huawei"nin infrastruktur və avadanlıqlarından istifadə etməməyə çağırır. Çin şirkətinin rəsmisi ABŞ-ın ittihamlarını əsassız adlandırıb və bildirib ki, onlar siyasi motiv daşıyır və bazar rəqabətinin prinsiplərini pozur.