Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 16:02
Taylandda hüquq-mühafizə orqanları istifadə olunmuş tibbi maskaları yeni kimi təkrar satışa çıxaran fabrikin işini dayandırıb.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu barədə Saraburi vilayətinin polis şöbəsi rəsmi məlumat verib.
Polis fabrikdə qanunsuz fəaliyyət göstərilməsi barədə məlumat daxil olduqdan sonra müəssisəyə baxış keçirib. Fabrikdə, həqiqətən, əməkdaşların artıq istifadə olunmuş tibbi maskaları ütü ilə ütüləyərk qutulara yığdıqları məlum olub.
Həmin maskalar müsadirə olunub və mənşəyinin müəyyən edilməsi üçün Ticarət Nazirliyinə ekspertizaya göndərilib.
Qeyd edək ki, Taylanddakı müəssisələrdə hər ay 30 milyon qoruyucu maska istehsal olunur.