Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 09:40
Çində 2981 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 49 856 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Sonxeber.net APA -ya istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilir ki, son sutka ərzində sağalan xəstələrin sayı yoluxma hallarının sayından 22 dəfə çox olub.
Son sutkalar ərzində Çində 38 ölüm və 119 yeni yoluxma halları qeydə alınıb, 2652 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Yoluxanların ümumi sayı 80 270 nəfərdir.
Komitənin məlumatına görə, Çində ümumilikdə 666 397 nəfər xəstə insanlarla sıx əlaqədə olub, onlardan 36 432 nəfər həkim nəzarəti altındadır.