Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 15:38
"Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
O bildirib ki, bu gün Bakıda keçirilmiş "Azərbaycanda Rostov vilayəti günləri" biznes forumu çərçivəsində "Azimut" aviaşirkəti və "PAŞA Travel" arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən martın 30-da Rostovla Bakı arasında birbaşa aviareyslər başlayacaq.
Qubernatorun sözlərinə görə, Azərbaycanla Rostov vilayəti arasında birbaşa reyslərin açılması ikitərəfli əməkdaşlığın humanitar istiqamətlərinə də müsbət təsir göstərəcək.