Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 08:06
Latviyada NATO-nun 2500 hərbi qulluqçusunun iştirak etdiyi "Büllur ox-2020" beynəlxalq hərbi təlimləri başlayıb. Təlimlər martın 13-dək davam edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyinin məlumat yayıb.
Təlimlər ölkənin Adoji bölgəsinin hərbi təlim poliqonunda keçirilir.
Bildirilir ki, təlimlərdə Latviya, Albaniya, Çexiya, Danimarka, İtaliya, Kanada, Monteneqro, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan olan hərbi qulluqçular iştirak edirlər.
Qeyd edək ki, Latviya 2004-cü ildən NATO-nun üzvüdür.