Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub

Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub

Tarix: 5 Mart 2020 14:56

Avstraliya hökuməti Cənubi Koreyadan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrisonun bəyanatında deyilir.

Bundan əvvəl, Avstraliya Çin və İranla bağlı müvafiq qərarı qəbul etmişdi.

Qərara əsasən, martın 5-dən başlayaraq Cənubi Koreyada olan xarici vətəndaşlar bu ölkədən çıxdıqdan sonra 14 gün ərzində Avstraliyaya gələ bilməyəcək.

Eyni zamanda Cənubi Koreyada olan Avstraliya vətəndaşları iki həftə müddətinə karantinə alınacaq.

Qeyd edək ki, Avstraliyada koronavirusa yoluxanların sayı 43 nəfər təşkil edir.


Etiketlər:  Avstraliya Cənubi Koreyadan gələnlərin ölkəyə girişinə qadağa qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ