Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 17:34
"İranda yeni koronavirus (COVID 19) nəticəsində indiyədək 107 nəfər dünyasını dəyişib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 15 nəfər bu virus nəticəsində ölüb.
Cahanpur bildirib ki, ötən sutka ərzində 591 nəfər yeni koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 3 513-yə yüksəlib.
Nazirlik rəsmisi 739 nəfərin sağaldığını əlavə edib.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün (4 mart) 2 922 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini, 552 nəfərin sağaldığını bildirmişdi.