Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 18:56
Fevralın sonlarına doğru Çinin demək olar ki, bütün regionlarında koronavirusa yeni yoluxma hallarının sayının sıfıra endirilməsinə nail olunub.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, belə ümidverici açıqlamanı Tyantszin Ənənəvi Çin Təbabəti Universitetinin rektoru Çjan Boli verib.
Onun sözlərinə görə, Uxan vilayətində isə bu müsbət nəticəyə martına sonlarında nail olunacağı gözlənilir.
Rektor bununla belə, koronavirusa yoluxma faktlarının tam sıfıra enəcəyini düşünməyin məntiqəuyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, tək-tək hallarda bu virusa yoluxmalar müşahidə ediləcək.
Son məlumata görə, Çində koronavirusa 80 mindən çox insan yoluxub, 3012 nəfər dünyasını dəyişib.