Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus telefon bazarını “vurdu” - Qiymətlər dəyişdi - VİDEO

Koronavirus telefon bazarını “vurdu” - Qiymətlər dəyişdi - VİDEO

Tarix: 6 Mart 2020 14:46

Koronovirusa görə bir çox dövlətlərin Çinlə sərhədləri bağlaması və ixracatın minimuma endirilməsi Azərbaycan bazarlarına da öz təsirini göstərib. Bu, əsasən, mobil telefon bazarında müşahidə olunur. Çin istehsalı olan telefonların ya bahalaşdığını, ya da yoxa çıxdığını, azaldığını görmək mükündür.

Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.

Sakin: "Yenə qalxacaq, yəqin ki, qiymətlər. Bütün elektronika, hamısı Çindən gəlir".

Əlimirzə Mirzəyev - Telefon satıcısı: "Orada istehsal olunursa, onların əgər ixracatı dayanırsa, avtomatik burada olan qiymətlər qalxacaq. Mövcud qalxım ehtiyat hissələrində bildirir özünü. 20-30 faiz ehtiyat hissələrinin qiyməti qalxıb. Batareyalardır, ekranlardır, mobil telefon üçün olan aksesuarlardır".

Satıcılar deyirlər ki, artıq bir müddətdir Çindən mobil telefonlar gəlmir. Onlara tələbat isə çoxalıb. Bu da, öz növbəsində, qiymətlərə təsir edir.

Əlimirzə Mirzəyev - Telefon satıcısı: "Sonuncu dəfə hardasa 2 ay əvvəl Çindən telefon gətirilib. Hazırda burda olan depolardan istifadə edirik. Amma bitdiyi zaman artıq başqa bazarlara üz tutmaq lazım olacaq. Məsələn, Dubay və başqa. Orada "uje" qiymətlərdə fərq edəcək".

Rəşad Həsənov - İqtisadçı: "İndiki halda Azərbaycan hökuməti Çindən idxal olunan, əsasən, ərzaq məhsullarının daxil olduğu bir sıra mal namenkraturaları üzrə məhdudiyətlər tətbiq edib. 3 mindən artıq məhsul növünə məhdudiyətlər tətbiq edilir. Təbii ki, son nəticədə bu məhsulların Azərbaycan bazarında qiymətinin bahalaşması müşahidə olunacaq".

Ekspertlər vətəndaşlara bu aralar Çin məhsullarına qarşı daha ehtiyatlı davranmağı və zərurət olmadığı halda istehlak etməməyi tövsiyə edir. Belə olduğu halda Çindən idaxal olunan məhsulların bahalaşması nisbətən azala bilər.

Rəşad Həsənov - İqtisadçı: "İstehlakçı hansısa formada bu məhsul növlərini istehlak etməlidir. Bu, o deməkdir ki, Çindən gətirilən məhsulları istehlak etmirsə, demək ki, alternativ bazarlardan idxal olunan məhsulları almalıdır. Çini əvəzləyən bu alternativ bazarlara Türkiyə, Rusiya və yaxud Şərqi Avropanın bəzi ölkələrini daxil etmək olar".

Qeyd edək ki, keçən il Çindən Azərbaycana idxal olunan mal və xidmətlərin ümumi dəyəri təxminən 1.4 milyard dollar olub.


Etiketlər:  Koronavirus telefon bazarını vurdu Qiymətlər dəyişdi VİDEO


RƏYLƏR