Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 17:26
Gürcüstan hökuməti İtaliyada koronavirusun kəskin yayılması səbəbindən oradan ölkəyə uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Sonxeber.net Day.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, Gürcüstan hökuməti vətəndaşlarını epidemiya riski hazırda yüksək olan Çin, Cənui Koreya, İtaliya və İrana səfər etməməyə çağırıb.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.