Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 14:06
Brazilya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda yenidən saxlanılıb.
Sonxeber.net qol.az-a istinadən yazır ki, bununla bağlı qərarı ölkənin baş prokuroru verib. O və qardaşı Roberto de Assis Morreyro qaldıqları oteldə saxlanılaraq polis idarəsinə aparıblar.
Ronaldinyo Paraqvaya saxta pasportla getməkdə ittiham olunur. Martın 5-də o, həbs edilsə də, sonradan sərbəst buraxılıb. Amma bir neçə saat sonra sabiq futbolçu yenidən saxlanılıb. Bu gün onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir.