Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boban ''Milan''dan göndərilir - növbə Maldininindir?

Boban ''Milan''dan göndərilir - növbə Maldininindir?

Tarix: 7 Mart 2020 15:50

"Milan"ın futbol şöbəsinin rəhbəri Zvonimir Boban istefaya göndərilir.

Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, klubun rəhbəri artıq bu barədə Bobanı məlumatlanıdırıb. Belə bir qərarın verilməsinə onun mediadakı tənqidi çıxışları səbəb olub.

Eyni zamanda klubun idman direktoru Paolo Maldinin də "Milan"dakı gələcəyi şübhə altındadır. Onun mövsümün sonunadək klubda qalıb, daha sonra isə  ayrılması ehtimalı var.

Qeyd edək ki, bundan əvvəl  Boban və Maldinin klubdan ayrılacağı təqdirdə Zlatan İbrahimoviç və Canluici Donnarummanın da "Milan"ı tərk edəcəyi bildirilmişdi.

 


Etiketlər:  Boban Milandan göndərilir növbə Maldininindir


RƏYLƏR