Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha bir deputat koronavirusdan öldü

İranda daha bir deputat koronavirusdan öldü

Tarix: 7 Mart 2020 16:20

İran parlamentinə yenidən deputat seçilmiş Fatimə Rəhbər yeni koronavirus (COVID 19) nəticəsində dünyasını dəyişib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Mötəlifə Eslami partiyasının mərkəzi şurasının üzvü İranın xəstəxanalarından birində yeni virusa görə müalicə olunurdu.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ötən gün (6 mart) 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü təsdiqləyib.

İranın bir sıra rəsmiləri, o cümlədən prezidentin müavini, parlamentin 20-dən çox deputatı, səhiyyə nazirinin müavini və digər rəsmilər yeni koronavirusa yoluxub.

İndiyədək İranın Vatikandakı sabiq səfiri, İran parlamentinin 2 deputatı və bir sıra digər rəsmilər koronavirus nəticəsində dünyasını dəyişmişdi.


Etiketlər:  İranda daha deputat koronavirusdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ