Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spirt koronavirusdan qorumur?

Spirt koronavirusdan qorumur?

Tarix: 7 Mart 2020 23:57

Son zamanlar dünyada təşvişə səbəb olan koronavirusdan qorunmaq yollarından birinin də spirtdən tez-tez istifadə olduğu bildirilir. Mütəxəssislər əlləri sabunla tez-tez yumağı, bu mümkün olmadıqda tez-tez spirtlə silməyi, eləcə də təmasda olduğumuz əşyaları spirtləməyi tövsiyə edirlər.

Bir çoxları spirtdən dezinfeksiyaedici kimi isrtifadə etməklə yanaşı, spirtli içkilərin qəbulunun da viruslardan, eləcə də təhlükləli koronavirusdan qoruduğunu iddia edirlər.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Rusiya Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Yevgeni Bryun isə alkoqolli içkilərin koronavirusdan qorumadığını bildirib: "Bu, sadəcə yanlış fikir deyil, cinayət düşüncəsi astanasında olan bir mifdir. Soyuqdəymə, qrip, koronavirus zamanı heç bir spirtli içki içməyin, bu, ürəyə bir yükdür, ürəyi dayandırır".

Həkim onu da qeyd edib ki, soyuqdəymə zamanı ürəyə çox yük düşür və həkimlər də buna görə hər zaman deyirlər ki, soyuqdəymə olanda hamama getməyin.

Rusiyada alkoqol istifadəçilərinin sayının həddən artıq çox olduğunu vurğulayan həkimin sözlərinə görə, onların xeyli hissəsi nə narkoloqa, nə də həkimə müraciət edir: "Bir ayda hər gün 50 ml güclü spirtli içki qəbul edən şəxsdə qaraciyər markeri onun aşırı dərəcədə spirtli içki qəbul etdiyini təsdiqləyir. Rusiyada əhalini təxminən 30%-i bu qismə daxildir. Bu insanlar heç bir statistikaya düşmürlər, çünki heç yerə müraciət etmirlər. Evə gəlir, bir stəkan araq içir, yatırlar, amma tez bir zamanda yox, 20 ildən sonra ölürlər. Bu vəziyyətdə ölüm səbəbi qaraciyərin sirrozu deyil, ürək tutmasıdır. Bu, alkoqoldan sui-istifadə nəticəsində ölüm statistikasına aid deyil".


Etiketlər:  Spirt koronavirusdan qorumur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ