Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 09:36
Gürcüstan yüksək liqasında 2-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun klubu “Samtredia” “Torpedo”nu (Kutaisi) qəbul edib. Əsas heyətdə meydana daxil olan yarımmüdafiəçi 1:0 hesabı ilə yekunlaşan görüşdə komandasının qələbə qolunun müəllif olub.
O, 13-cü dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, “Samtredia” 2 oyundan 3 xalla 4-cü yeri tutur.