Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda təmir sexindəki yanğında 4 avtomobil yandı

Bakıda təmir sexindəki yanğında 4 avtomobil yandı

Tarix: 8 Mart 2020 09:40

Bakıda avtomobil təmir sexində yanğın hadisəsi olub. 

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, ZİL markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Milli.Az


Etiketlər:  Bakıda təmir sexindəki yanğında avtomobil yandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ