Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 20:12
Alibaba.com rəsmiləri bildiriblər ki, yaratdıqları yeni süni intellekt sistemi koronavirusu qısa müddətdə aşkar edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni sistemin virusu 96% dəqiqliklə təxmin etdiyi bildirilir. Süni intellektin virusu aşkarlaması 20 saniyə çəkir. Texnologiya ilə virusu aşkarlamaq üçün 300-dən artıq görüntü analiz edilir.
Alibabanın hazırladığı sistem Çindəki karantin xəstəxanalarında test edilir. Artıq 100-dən çox şəxs üzərində sınaqdan keçirilib.
Xatırladaq ki, Alibaba koronavirus təhlükəsinin qarşısını almaq üçün cəhd edən yeganə şirkət deyil. Bundan öncə Ping An şirkəti də oxşar sistemi yaratması ilə gündəmə gəlmişdi. Sistemin virusu 15 saniyə ərzində 90% dəqiqliklə aşkarladığı bildirilirdi.