Tarix: 9 Mart 2020 14:16
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın karyerasında antirekord qeydə alınıb.
Qol.az xəbər verir ki, bu, Premyer Liqanın son turunda “Mançester Yuneyted”lə oyunda baş verib. 0:2 hesabı ilə uduzan “şəhərlilər” bu mövsüm Premyer Liqada 7-ci məğlubiyyətini alıb.
Qvardiola karyerasında heç vaxt mövsüm ərzində çempionatda 7 oyunda uduzmayıb. Onun ən pis göstəricisi Premyer Liqadakı ilk mövsümündə elə “Mançester Siti” ilə olub. Həmin vaxt Qvardiolanın komandası mövsüm ərzində 6 dəfə uduzub.
Daha əvvəl isə ispaniyalı çalışdırıcı “Barselona” və “Bavariya” ilə mövsüm ərzində 5 dəfə məğlubiyyət acısı yaşayıb.