Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 14:52
Kolumbiya Prezidenti İvan Duke koronavirus təhlükəsi səbəbindən müşavirləri və digər məmurlarla görüşləri zamanı ənənəvi əl sıxmadan imtina edib.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, İ.Duke ötən həftə ölkədə ilk koronavirusa yoluxma faktı qeydə alındıqdan sonra belə bir addım atmaq barədə qərar verib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.