Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 17:42
Argentina Super Liqasının qalibi müəyyənləşib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "River Pleyt" son turda əzəli rəqibi "Boka Xuniors"dan bir xal öndə olsa da, səfərdə "Atletiko Tukuman"la heç-heçə oynayıb. "Boka Xuniors" isə "Gimnasiya"nı 1:0 hesabı ilə yenərək çempion olub.
Oyundan əvvəl isə maraqlı hadisə baş verib. Belə ki, "Boka Xuniors"un ulduzu Karlos Tevez rəqib komandanın baş məşqçisi, Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın yanına gedərək dodağından öpüb.
Oyundan sonra bu hərəkəti ilə bağlı açıqama verən Tveez Maradonanı "şans üçün" öpdüyünü bildirib.
Qeyd edək ki, oyunda yeganə qola Tevez imza atıb.