Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 19 yaşlı qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı - VİDEO - FOTO

Azərbaycanda 19 yaşlı qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı - VİDEO - FOTO

Tarix: 10 Mart 2020 17:18

Bakıda ginekoloji əməliyyat zamanı hər kəsi heyrətləndirəcək hadisə baş verib.

19 yaşlı qız yumurtalıqların dermoid kisti səbəbindən laporoskopik əməliyyata alınıb. Kistin içindən çıxanlar isə Azərbaycanda nadir görülən tibbi klinik fakt kimi dəyərləndirilə bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, uzman cərrah mama ginekoloq Xəyalə Muradova tərəfindən icra olunan əməliyyatda kist çıxaran zaman kistin içindən böyük insana məxsus, üzərində dişlər olan üst çənə sümüyü, dil və saçlar aşkar olunub. Çənə sümüyü sanki protezə bənzəyir.

Təbii ki, qızın kiminsə çənə sümüyünü və ya prorezini bütov uda bilməsi ehtimalından söhbət gedə bilməz, bu halda belə səbəb tibdə istisna olunur. Bəs diş, çənə, dil yumurtalığa necə düşüb?

Medicina.az-a açıqlama verən uzman ginekoloq kliniki hala aydınlıq gətirdi.
Məlum oldu ki, hər şey pasiyent hələ ana bətnində olarkən başlayıb.

"Pasiyent yeni ailə qurmuş xanımdır. Sol qalça çuxurunda ağrılar, dözülməz ağrılı menstruasiya şikayətləri ilə gəlmişdi. USM müayinəsində yumurtalıqda 15 sm-lik dermoid kist içərisində sümük toxumasına bənzər toxuma, yağ, saç kütləsi görüldü. Laporoskopik əməliyyat zamanı kütlənin içini açarkən içərisində saç, piy kütləsi ilə yanaşı, böyük insanın üst çənə sümüyü, kiçik rudimentar dil toxuması aşkarladıq.

Dermoid kist pasiyent hələ ana bətnində embrional dönəmdə olarkən germ hüceyrələrin differensasiya etməsi zamanı yumurtalıq toxumasına köç etmiş saç, diş, sümük, dırnaq, sinir, yağ və digər hüceyrələrdən əmələ gəlir.

Həyatımızın müəyyən dönəmində, daha gənc yaşlarda bu hüceyrələrdən kistlər əmələ gəlir. 3% hallarda xərçəngə çevrilmə ehtimalı olduğu üçün kistlər xaric edilməlidir.

Bu pasiyentdə hüceyrələr alt çənə kimi inkişaf edərək böyümüş, hətta dişlər də əmələ gəlmişdir. Sanki yumurtalıq saçlı, dişli, damaqlı, dilli yeni bir orqanizm yaratmağa çalışıb, amma proses yarımçıq qalıb. Belə deyək, bu çənənin yaşı pasiyentin yaşı qədərdir. Görülən bu anomal halın tibbi izahı budur".

Həmin əməliyyatda çıxarılan kistin videosunu təqdim edirik.


Etiketlər:  Azərbaycanda yaşlı qızın yumurtalığından çənə sümüyü saç çıxdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ