Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada məktəblər bağlandı, tədbirlər təxirə salındı

Çexiyada məktəblər bağlandı, tədbirlər təxirə salındı

Tarix: 10 Mart 2020 20:06

Çexiyada 100-dən çox insanın iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb, bundan başqa, məktəb və universitetlərdə dərslər dayandırılıb.

Sonxeber.net Day.Az-a istinadən bildirir ki, bu barədə respublikanın Baş naziri Andrey Babiş bildirib.

Respublika Təhlükəsizlik Şurasının xüsusi iclasından sonra keçirilən mətbuat konfransında A.Babiş qərarın koronavirusun sürətlə yayılması ilə əlaqədar verildiyini açıqlayıb.

Son məlumata görə, Çexiyada COVİD-19-a yoluxanların sayı 40 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.


Etiketlər:  Çexiyada məktəblər bağlandı tədbirlər təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ