Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şri-Lankada ilk koronavirusa yoluxma - Turbələdçi karantinə alındı

Şri-Lankada ilk koronavirusa yoluxma - Turbələdçi karantinə alındı

Tarix: 11 Mart 2020 14:00

Şri-Lankada da ilk koronavirusa yoluxma halı baş verib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, yoluxma faktı ölkə hakimiyyəti tərəfindən təsdiqlənib.

Məlumata görə, koronavirusa yoluxan turizm şirkətlərindən birində işləyən bələdçidir və onun İtaliyadan olan turist qrupu ilə ünsiyyətdə olduğu bildirilir. Həmin şəxs və onun yaxın ətrafında olan şəxslər karantinə alınıb.

Ölkə isə İtaliya, İran, Koreyadan gələnlərin virusla bağlı yoxlanılmasını sərtləşdirib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az


Etiketlər:  Şri Lankada ilk koronavirusa yoluxma Turbələdçi karantinə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ