Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 14:38
Koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Azərbaycanda və digər ölkələrin təcrübəsi öyrənildikdən sonra dövlət qurumu olaraq təklif hazırlanacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyin Aparat rəhbəri Kənan Qasımov bildirib.
K.Qasımov dövlətin bu məsələni diqqətdə saxladığını deyib:
"Sənaye üzvləri əmin olsun ki, biz prosesləri daim izləyirik. Hazırda bu, qlobal problem olduğuna görə bütün dünya bu vəziyyətdən çıxış yollarını araşdırır. Biz də anlayırıq ki, bununla bağlı çox ciddi dəstəyə ehtiyacı olanlar var. Hazırda konkret addımların nədən ibarət olacağını demək hələ ki tezdir. Çünki bununla bağlı dəqiq qiymətləndirmələr aparılmaIıdır.
Qeyd etmək lazımdır ki, hazırda hotellərdə rezervasiyaların, biletlərin ləğvi ilə bağlı məlumatlar toplanIır. Bütün bu məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmləri həyata keçirilə bilər".