Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 18:45
31 ildir virusların arasındayam. Virus, sadəcə, zövqsüzlükdür. Son 15 ildir müşahidə edirik və gileylənirik.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "X maqazin"ə açıqlamasında Xalq artisti Faiq Ağayev deyib.
O, "Türkiyə şou-biznesinə qatılarsınız" sualına isə belə cavab verib:
"Ola bilsin ki, 60 yaşdan sonra ölkədən getdim. Türkiyə şou-biznesi kənardan gələnləri qəbul etmir, qısqancdır. Azərbaycandan Türkiyəyə, Rusiyaya və Gürcüstana gedənlər pul hesabına efirlərə çıxır. Mənim pisimə gəlir, axı sənətlər var".
Qeyd edək ki, Türkiyə şou-biznesinə qatılmaq üçün orada efirlərə çıxanlar arasında Xalq artisləri Aygün Kazımova, Röya Ayxan və Brilliant Dadaşova var.